Boksun Faydaları Nələrdir?
Boks insanın sağlamlığına, xarakterinin və bədən quruluşunun formalaşmasına kömək edir. Ruhən gücləndirir, qorxularını, zəyifliyini və özgüvənsizliyini aradan qaldırır. Gücünü, dözümlüyünü, sürətini, elastikliyini və çevikliyini inkişaf etdirir. Əzələləri tonusda saxlayır, qan dövranını yaxşılaşdırır.
Boksla məşğul olan insan bədən tərbiyəsi ilə yanaşı, düzgün qidalanmağı, pəhrizinə nəzarət etməyi öyrənir. Pis vərdişlərdən imtina edir. Xüsusən dözümlülük məşqləri tədricən artaraq vərdiş etdiyinizdə bu sizin idman zalından kənar həyatınızda-da faydalı olur. hətta özləri üçün məşq edən həvəskarlar belə işdə yorğunluqdan, depresyadan və stresslərdən uzaq olurlar. Bütün yuxarıda deyilənləri yekunlaşdıraraq qeyd etmək istəyirəmki boks nəinki fiziki hazırlığı və sağlam bədəni saxlamağa kömək edəcək boksla məşğul olarkən, özünüzə hakim, sakit, özünüzə və qabiliyyətlərinizə arxayın olmağı öyrənəcəksiniz.
Boks zədəli idman növüdür?
Bu idman növü mübarizəli olduğu üçün risklər var. Hər bir döyüş idman növü kimi boksda-da müxtəlif növ zədələr var. Ancaq unutmayınki tamamilə zədəsiz idman növü yoxdur. Zədə almağa səbəbkar bəzi hallarda məşqçi, bəzi hallarda isə idmançı olur. misal: Məşqçi hərəkətlərin düzgün texnika ilə tətbiq edilməsinə diqqət yetirmir, misal: Məşqçi məşq əsnasında hərəkətlərin texnikasından danışarkən idmançı diqqətlə dinləmir, misal: Və ya idmançı məşqçisi-nin dediklərini ciddiyə almır və sairə. Belə hallar idmançı-nınzədə almasına gətirib çıxardır. Hücüm və müdafiyə texnikalarından tutmuş, fiziki hazırlıq hətta isinmə hərəkətlərinə qədərtəlim aldığınız zaman məşqçinizi diqqətlə dinləyin. Siz sonra məlumatları xatırlayıb, və praktik düzgün tetbiq etdiyiniz zaman zədə riskiniz tamamilə azalacaq.
Boksçular aqressiv olurlar?
Hamının inandığının tam əksidir boks, boksçular heçdə aqressiv, həddindən artıq emosional, tez əsəbləşən, istənilən fürsətdə münaqişəyə girən insanlar deyillər. yuxarıda qeyd etdiyim kimi boksda sakitlik, soyuqqanlıq və təmkin kimi mühüm xarakter xüsusiyyətləri formalaşır. Ümumiyyətlə boks həm fiziki həmdə psixi sağlamlıq üçün yaxşıdır.
Knockout Boxing Club-da məşqlər necə keçirilir?
Bizim klubumuzda digər klublardan fərqli olaraq 1 məşqçi 50 nəfərə məşq keçmir, biz daha çox keyfiyyətə üstünlük veririk. Qruplarımızda limit idmançı sayı 12-20 nəfərdir, Knockout Boxing Club hər qrup məşqinə 2 məşqçi ayırıb. Məşqçinin biri məşqlərə yeni yazılan tələbələri öyrədir, digər məşqçi isə təcrübəli tələbələrnən məşqul olur, və beləliklə əla nəticə əldə edilir.
Boksçular mütləqdirki sparinq etsinlər?
Sparinqlər, yarışlar məcburi deyil. Məşq edənlərin bəziləri həvəskar boksçulardır sadəcə texnikanı öyrənmək istəyirlər, bəziləri isə çəki atmaq üçün boksla məşqul olurlar o səbəbdən hər kəsin öz istəyinə və məqsədinə uyğun iş aparılır.